“Mobitel” şirkətininin yaranma tarixi, 1996-cı ilin sonu ölkəmizdə GSM rabitə sisteminin AZERCELL birgə müəssisəsi zəminində geniş yayılmağa başlamasına təsadüf edir.
Fəaliyyətinin ilk günlərindən müştəriyə xidmətin təşkilində öz işini ən müasir tələblər səviyyəsində quran “Mobitel” şirkəti, mobil rabitə cihazlarının satışı ilə bərabər, aksesuarların geniş çeşidini, məsləhət xidmətlərini, cihazların zəmanətlə və təminatlı təmirini təşkil etmişdir.
Satış heyətinin hazırlığı daim “Mobitel” şirkətinin diqqət mərkəzindədir. Gündən-günə artan diler şəbəkəsinin eyni, yüksək standartlara cavab verən satış və məsləhət xidmətləri göstərə bilməsi üçün, dilerlərin satıcıları həm vendorların, həm də “Mobitel” şirkətinin təşkil etdiyi təlimlərdə yeni cihazların xüsusiyyətləri ilə tanış olur, bunların müştərilərə ən səmərəli üsullarla tanıdılması metodlarına, müştərilərlə ünsiyyət qaydalarına yiyələnirlər.
NOKİA şirkəti ilə məhsuldar əməkdaşlıq 25 ildir ki, tərəfdaşımızın bazara çıxardığı ən yeni malları ilə müvəffəqiyyətlə davam edir. Hal-hazırda “Mobitel” şirkəti Fly və UleFone brendlərinin də eksklyuziv distribyutorudur və onlarla əməkdaşlığı uğurla inkişaf etdirir.