Nokia 8 rəsmən təqdim edildi: Zeiss Dual kameralı yeni flaqman

Müəllif: Mobitel. Tarix: 17 Aug, 2017

Nokia şirkəti, Android platformalı ilk flaqmanını – Nokia 8 modelini təqdim etdi. Nokia 8 modeli Snapdragon 835 birkristallı sistem üzərində qurulmuş, 4 GB əməliyyat yaddaşı / 64 GB fleş-yaddaş, və Dual Zeiss kamerası ilə təchiz edilmişdir.
Nokia 8, 5,3 düymlük QHD (QHD (2560 x 1440 piksel)  IPS tipli displeyə sahibdir. O, dəyirmi bucaqlı (2.5D) Gorilla Glass 5 şüşəsiylə qorunmuşdur. Qurğunun qalınlığı  metal korpusla birgə, 7,9 millimetrə bərabərdir. Smartfonun müdafiə dərəcəsi — IP54.
Nokia 8-in təchizatında Dual əsas kameranı vurğulamaq lazımdır. Onun konstruksiyasına 13 Meqapiksellik iki ötürücü daxildir  — rəngli (RGB) və monoxrom. İkinci modulun sayəsində, smartfon portret şəkillərin fonunu yayınıq etmək və ağ-qara rejimdə çəkmək kimi funksiyalara malikdir. Kamera 4K video çəkməyə imkan verir. Nokia 8,  f/2,0 diafraqmalı sabitləşdirilmiş Zeiss obyektivləri ilə, və iki işıq diodlu işartıyla təchiz edilmişdir. Ön kamera həmçinin 13 Mp və f/2,0 diafraqmalı obyektivə malikdir.
Nokia 8-in maraqlı xüsusiyyəti - YouTube və Facebook-da təsviri əsas və ön kameralardan eyni zamanda nümayiş etməyə imkan verən Dual-Sight funksiyasıdır. Həmçinin, video çəkiliş zamanı həcmli səs yazısını da qeyd etmək lazımdır.
Smartfon,  üç mikrofon sayəsində OZO Audio 360-dərəcə səs yazısı texnologiyasını dəstəkləyir. Sistem  bütün səs mənbələrini və cihazın məkanda vəziyyətini araşdırır, həmçinin  yönəldilmiş səs yazısını dəstəkləyir.
Smartfonun işini 3090 мАh həcmli akkumulyator təmin edir. Quick Charge 3.0 sürətli enerji yükləmə texnologiyası da dəstəklənir.

Nokia 8 rəsmən təqdim edildi: Zeiss Dual kameralı yeni flaqman
Müəllif: Mobitel Tarix: 17 Aug, 2017

Nokia şirkəti, Android platformalı ilk flaqmanını – Nokia 8 modelini təqdim etdi. Nokia 8 mo...

Ətraflı